Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.

Türkiyə vətəndaşı 1982-ci il təvəllüdlü Mustafa Nəcəf Bəhrəm Ruhəli oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.