ABŞ prezidenti Co Bayden Demokrat qubernatorlarla görüşdə, yatmağa daha çox vaxt ayırmaq üçün axşam saat səkkizdən sonrakı tədbirləri iş qrafikindən çıxarmağı planlaşdırdığını söyləyib.
"Unikal" xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.
Bildirilir ki, prezidentin bu bəyanatından sonra orada iştirak edən bir neçə qubernator məyus olub. Lakin Bayden onları daha dörd il ərzində ölkəni səmərəli idarə edə biləcəyinə inandırmağa çalışıb.
Qeyd olunur ki, Baydenin Donald Trampla debatda zəif çıxış etməsinin səbəblərindən biri kimi tədbirin vaxtının gec keçirilməsi göstərilir.