Britaniyanın keçmiş baş naziri Liz Trass ölkədə keçirilən seçkilərdən sonra parlamentdəki yerini itirib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İyulun 4-də Britaniya parlamentinə seçkilər keçirilib və Leyboristlər Partiyası böyük qələbə qazanıb. Qaydalara görə, parlament seçkilərində qalib gələn partiyanın lideri ölkənin baş naziri postunu tutur və hökuməti formalaşdırır.
Leyboristlərdən Terri Cermi səs çoxluğu qazanıb.
Trass 2022-ci ilin payızında Böyük Britaniyanın baş naziri vəzifəsinə başlayıb və 44 gün sonra istefa verdiyini açıqlayıb.
Ağarza Elçinoğlu