Lənkəranda yol qəzası olub.

"Unikal"ın məlumatına görə hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. "Azsamand" markalı minik avtomobili "Volkswagen" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov