Aydının Efeler rayonunda eyvandan yıxılaraq dünyasını dəyişən 43 yaşlı Erdal Karakaş ölümü ilə 5 nəfərə yeni həyat bəxş edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, içkili halda eyvandan yıxılan Erdal 5 gün komada qalıb. Həkimlərin müdaxilələrinə baxmayaraq kişi həyatını itirib.
Məlum olub ki, Erdal Karakaş ölümündən əvvəl orqanları bağışlayıbmış. Onun 5 orqanı transplantasiya gözləyən xəstələrə verilib.