İranın Gilan əyalətində 10 gündə naməlum səbəbdən 400-ə yaxın insanın zəhərlənib.
"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, Gilan vilayətinin Rizvanşehir rayonunda çoxlu insan ürəkbulanma, baş ağrısı və ürək döyüntüsü kimi şikayətlərlə xəstəxanalara müraciət edib.
Yerli mənbələr zəhərlənmə hallarının çirkab suların içməli suya qarışmasından qaynaqlandığını bildirir. Gilan Sağlamlıq Elmləri Universitetinin rektoru Məhəmməd Taki Aşubi bildirib ki, zəhərlənməyə səbəb suyun çirklənməsi ola bilər, lakin araşdırmalar davam edir.