Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orban vasitəsilə ABŞ prezidenti Co Baydenə və ya NATO sammitinin digər iştirakçılarına mesaj ötürməyib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

Orban iyulun 9-11-də NATO sammitinin keçiriləcəyi Vaşinqtona yola düşüb. Əvvəllər o, Moskva, Kiyev və Çində olub, Ukrayna nizamlanması üzrə danışıqlar aparıb.

Ağarza Elçinoğlu