Zərdabda və Lənkəranda çayda boğulma hadisəsi olub. 

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kür çayının Zərdab şəhərindən keçən hissəsində 1 nəfər batıb.

Bundan başqa, FHN-ə Lənkəran şəhəri, Velədi kəndində çayda 1 nəfərin ması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

*** 17:47

17 yaşlı yeniyetmə Kürdə batıb. 

"Unikal"ın məlumatına görə, Səid Səidməmmədov adlı Zərdab sakini Kür çayının rayon ərazisindən keçən hissəsində boğulub. 

Hazırda onun axtarışları davam etdirilir. 

Ağarza Elçinoğlu