İmişli rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində gənc velosipedçi xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə səhər saatlarında İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

1998-ci il təvəllüdlü Hüseynov Qəfəralı Qurban oğlu velosipedlə hərəkətdə olarkən “VAZ” markalı avtomobil tərəfindən vurulub. Veslosipedçi xəsarət alaraq İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.