Bakının Suraxanı rayonunda ev yanıb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün taxta atmaları, 3 otağının tavanı 70 m² sahədə və yaxınlıqda həyətyanı sahədə 3 ton ot bağlaması yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.