Əgər müxalifət oktyabrda ölkədə keçiriləcək parlament seçkilərində qalib gəlsə, nir neçə gün ərzində Gürcüstan Rusiya ilə hərbi qarşıdurmanın “ikinci cəbhəsi”nə çevriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində bildirib
Baş nazirin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra ölkə daxilindəki kollektiv milli hərəkat və Kiyev rəhbərliyi Tbilisini döyüş bölgəsinə hərbi personal göndərməyə çağırıb. Bu arada o, iddia edib ki, bu hərəkətlərdən imtina etdiyi üçün hakim “Gürcü Arzusu” partiyası “Rusiyayönlü” adlandırılıb.
"Bununla belə, Ukraynaya hərbçilərin göndərilməsi Gürcüstanın Rusiya ilə qarşıdurmada tam iştirak etməsi demək olacaq", - deyə baş nazir əlavə edib.
Ağarza Elçinoğlu