Yaponiyanın üç prefekturasında 200 mindən çox insan ölkədə davam edən yağışlar səbəbindən təxliyə əmri alıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Yamaqata və Akita prefekturalarının 75 mindən çox sakin, eləcə də Miyaqi prefekturasının 140 minə yaxın sakin təxliyə olunur.
Yaponiyanın şimal-şərq hissəsində son 24 saat ərzində güclü leysan davam edir, bəzi rayonlarda yağıntının miqdarı 389 mm-ə çatıb. Yamaqata prefekturasında iki polis məmuru da daxil olmaqla azı dörd nəfərin itkin düşdüyü bildirilir. Orada xilasedicilər indiyədək yalnız yerli yollardan birində bataqlığa batmış aşmış patrul avtomobilini tapa biliblər.