"Instagram"da reklam satışına qadağa qoyulmasını dəstəkləyən rusiyalı deputat Aleksandr Hinşteyn həyat yoldaşını bu sosial şəbəkədən imtina etməyə razı sala bilməyib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, o, xanımını "VK"-ya "köçməyə" inandırmaq üçün bir neçə dəfə cəhd etdiyini, lakin bu günə qədər heç bir nəticəsi olmadığını söyləyib.
"Mən onu İnstaqramla vidalaşmağa inandırmağa davam edəcəyəm", - deyə siyasətçi bildirib. Hinşeytn zarafatla əlavə edib ki, bu, asan olmayacaq, çünki həyat yoldaşı boks etməyi bilir.
Əvvəllər Hinşteynin həyat yoldaşı Rusiyada qadağan olunmuş sosial şəbəkədə reklam yazıları yerləşdirməkdə ittiham olunurdu. Lakin deputat xanımının həmin reklamdan gəlir əldə etmədiyini bildirmişdi.
"Mən bu pulu heç vaxt ailə büdcəsində görməmişəm", - deyə o qeyd etmişdi.