Amerikalı seçicilərin əksəriyyəti bu fikirdədir ki, ABŞ prezidenti Co Bayden vaxtından əvvəl vəzifəsini tərk etməlidir.
"Unikal" xəbər verir ki, Rasmussen Reports sorğusunun nəticələrinə görə, bu fikri respondentlərin 52%-i dəstəkləyir.
Araşdırmaya görə, amerikalıların təxminən 76%-i ABŞ prezidentinin seçki yarışından geri çəkilmək qərarını müsbət qiymətləndirir. Onlardan 53%-i Baydenin bu addımını tam dəstəkləyir. Respondentlərin yalnız 18%-i Ağ Ev rəhbərinin seçki kampaniyasının dayandırılmasının əleyhinə olub.