Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsi Volqoqrad vilayətində qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Təyyarə boş əraziyə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Yerdə dağıntı yoxdur", - məlumatda deyilir.
Bildirilib ki, pilotlar sağ qalıblar.
Təyyarənin qəzaya uğramasının ilkin səbəbini nazirlik texniki nasazlıq kimi müəyyən edib.
Ağarza Elçinoğlu