Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail əleyhinə bəyanatlar verib.
"Unikal" xəbər verir ki, Ərdoğan Türkiyənin müdafiə sənayesində gəldiyi nöqtəyə diqqət çəkib və güclü olmağın vacibliyini qeyd edib.
"Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edəcəyik. Edilməyəcək bir şey yoxdur. Yalnız biz güclü olmalıyıq ki, bu addımları ata bilək. Əgər biz bu gün İsrailə qarşı ən sərt bəyanatı veririksə, onlarla bütün ticarətimizi kəsmişiksə, əlaqələrimizi kəsmişiksə... ", - deyə Ərdoğan bəyanaını səsləndirib.