Beynəlxalq Olimpiya Komitəsi (IOC) Paris Olimpiya Oyunlarının mübahisəli açılış mərasiminə görə açıq şəkildə üzr istəyib və təşkilat komitəsinin hər hansı dini qrupa və ya inanca heç bir hörmətsizlik niyyətinin olmadığını bildirib..
"Unikal" xəbər verir ki, bu barədə təşkilat "X" sosial şəbəkəsində rəsmi bəyanat yayıb.
"Təşkilat komitəsi bildirib ki, əgər kimsə müəyyən səhnələrdən inciyibsə, bu, qəsdən olmayıb və onlar üzr istəyirlər", - deyə BOK bildirib.
Xatırladaq ki, Olimpiadanın açılışı zamanı təşkilatçılar Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərinin parodiyasına görə dindarlara hörmətsizlikdə günahlandırılıblar. Daha sonra, iyulun 28-də tədbirin təşkilatçıları üzr istəyib, heç kimi incitmək niyyətində olmadıqlarını bildiriblər.