Şimali Koreya lideri Kim Çen In güclü yağışdan zərər çəkmiş və daşqın təhlükəsi ilə üzləşmiş rayonların sakinlərinin xilas edilməsinə və təxliyəsinə rəhbərlik edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Sinuiju şəhərində və Pyonqan Puk-do əyalətinin Uizhu mahalında daşqınlardan zərər çəkmiş ərazilərə baş çəkib.
Məlumata görə, iyulun 27-də ölkənin şimal rayonlarına rekord dərəcədə güclü leysan yağıb, nəticədə Amnok çayının suyunun səviyyəsi təhlükəli həddi xeyli keçib. Nəticədə 5 mindən çox sakin daşqın təhlükəsi olan ərazilərdə təcrid olunub.
KXDR lideri dərhal Partiyanın, hökumətin və hərbi idarələrin rəhbərliyinin hadisə yerinə göndərilməsi, Koreya Xalq Ordusunun Hərbi Hava Qüvvələrinin 10-dan çox helikopteri, Hərbi Dəniz Qüvvələri və Sərhəd Qoşunlarının müxtəlif xilasedici gəmilərinin “dərhal” cəlb edilməsi barədə göstəriş verib.
Həmçinin onun tapşırığı ilə ehtiyacı olan sakinlərə tibbi yardım göstərilib. Məlumata görə, 4200-dən çox sakin "günün yalnız dörddə birində" xilas edilib.
Gülayə Mecid