Hindistanda piton meşədə kişini udmağa çalışıb.

"Unikal" xəbər verir ki, ölkənin Madhya Pradeş əyalətində 5 metrlik piton meşədə olan kişinin boynuna sarılaraq onu udmağa çalışıb.

Kişinin qışqırığından sonra yerli əhali köməyə gəlib. İlanın kişinin bütün bədəninə sarılaraq onu bütövlükdə udmağa çalışdığı görülüb.

Xilas edilən şəxs xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.

Zərifə Nağıyeva