Pakistanda qan davası zəminində iki nəsil arasında baş verən silahlı qarşıdurmada onlarla insan ölüb. 

"Unikal" xəbər verir ki, hadisə ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətində baş verib. Belə ki,  iki nəsil arasında torpaq sahəsi üstündə baş verən silahlı toqquşmalarda 35 nəfər ölüb, 166 nəfər yaralanıb. 

Bölgədəki yüksək gərginlik səbəbindən bütün məktəblərdə təhsilə ara verilib, həftəsonu bazarlar bağlanıb. Əsas yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Yerli əhali bildirib ki, yolların bağlanması ərzaq və dərman təminatında problemlər yaradıb. 

Zərifə Nağıyeva