Şimali Koreya rəsmilərinin ölkə lideri Kim Çen Inın sağlamlıq problemləri ilə bağlı dərman axtardıqları iddia edilib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Kimin piylənmə ilə bağlı yüksək qan təzyiqi və diabet kimi sağlamlıq problemlərinin yarandığı bildirilib. Bu səbəbdən rəsmilər müalicə üçün xaricdən yeni dərmanlar axtarmağa başlayıblar
Kimin 30 yaşından bəri yüksək təzyiq və şəkər xəstəliyinin əlamətləri olduğunu bildirən rəsmilər, hazırda təxminən 140 kiloqram çəkidə olan Şimali Koreya liderinin bəzi xəstəliklər üçün yüksək risk qrupunda olduğunu bildiriblər.
Qeyd edək ki, Kimin atası və babası da 2011-ci ildə ürək problemlərindən dünyasını dəyişib.
Zərifə Nağıyeva