Krımın nəqliyyat naziri Nikolay Lukaşenko istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə respublikanın başçısı Sergey Aksenov öz "Telegram" kanalında məlumat verib.
Lukaşenkonun öz istəyi ilə istefa məktubu yazdığını deyən Aksenov belə bir qərarın icra hakimiyyəti orqanlarının səmərəliliyini artırmaq üçün planlaşdırılmış kadr rotasiyası çərçivəsində qəbul edildiyini qeyd edib.
Nikolay Lukaşenko bu vəzifəni 2023-cü ilin aprelindən tutur. O, əvvəllər nəqliyyat nazirinin müavini işləyib.
Gülayə Mecid