Xəbər verdiyimiz kimi, Samur- Abşeron kanalının “Şəfəq” qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb, sürücü isə tapılmır.

"Unikal" “Xəzər TV”yə istinadən xəbər verir ki, avtomobilin sürücüsü Abusət Əliyev Vətən müharibəsi qazisidir.

Qonşuların sözlərinə görə, o, maşını iki gün öncə alıb.

***

18:49

Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə ilkin ehtimala görə içərisində 1 nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Əliyev Abusət Xanlar oğlunun axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.