Şəkidə ağacdan yıxılan 65 yaşlı kişi xəstəxanada dünyasını dəyişib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonunun Orta Zəyzid kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Əslan Mənəfov avqustun 15-də həyətyanı sahəsində ağacdan yıxılaraq xəsarət alıb. O, bu gün səhər saatlarında aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Seymur Əli