Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" və "VAZ 2104" markalı iki minik maşını toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov