Goranboyda əsgər övladlarının andiçmə mərasiminə gedən Saatlı sakinləri qəzaya düşdü.
"Unikal" ın məlumatına görə, hadisə Goran qəsəbəsi yaxınlığındakı yol dairəsində baş verib. Önünə çıxan "Qazel" markalı avtomobillə toqquşmadan yayınmaq istəyən "Mercedes" markalı maşın idarəetmədən çıxaraq yol dairəsindəki maneələrə çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 4 nəfər yaralı Saatlı rayon sakini 2006-cı il təvəllüdlü Aygün Cəfərova, 2000-ci il təvəlllüdlü Könül Məmmədova, 1980-ci il təvəllüdlü Səkinə Yaqubova və 1965-ci il təvəllüdlü S.Mirsəddinova xəstəxanaya çatdırılıb. Qəzaya düşən şəxslər əsgər övladlarının andiçmə mərasiminə gedən Saatlı sakinləri olub.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov