Qaxda baş verən qəzada Türkiyə vətəndaşı xəsarət alıb

"Unikal" xəbər verir ki, yol qəzası şəhərin Səməd Vurğun küslçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "Lexus" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Türkiyə vətəndaşı olan 1998-ci il təvəllüdlü Muhammed Sağlam aldığı müxtəlif dərəcəli xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli