Xaçmaz rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz-Niyazabad avtomobil yolunda qeydə alınıb. 

Beləki,  "Toyota Prado" markalı minik avtomobili qarşı tərəfdən hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri -  1995-cı il təvəllüdlü A.Qurbanova, 1996-cı il təvəllüdlü N.Qurbanova, 1987-ci il təvəllüdlü E.Qurbanov, 2014-cü il təvəllüdlü İ.Qurbanzadə, həmçinin Bakı şəhər sakini 1992-ci il təvəllüdlü L.Hümbətzadə müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xanlar Qaraca