Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Unikal" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Şəhidlər xiyabanını ziyarət edib.

Rusiya Prezidenti şəhidlərin xatirəsini anaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.