Qusar rayonunda kişi meyiti tapılıb.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, rayonu ərazisində Qusar rayon sakini 1981-ci il təvəllüdlü R.Əhmədovun meyiti aşkarlanıb.
Meyitin üzərinə baxış keçirilən zaman o, odlu silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisəni törədən şəxsin və ya şəxslərin axtarışları davam etdirilir.
Qeyd edək ki, R.Əhmədovun iki gün əvvəl evdən çıxaraq birdaha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca