Abşeron rayonunda yerləşən sexdə yanğın hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Xırdalan qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.