ABŞ avqustun 23-də Ukraynaya 125 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Associated Press (AP) mənbələrə istinadən məlumat yayıb.

Rəsmilərin sözlərinə görə, bu paketə hava hücumundan müdafiə sistemləri üçün raketlər, yüksək mobil artilleriya raket sistemləri üçün döyüş sursatı (HIMARS), Javelin və bir sıra digər tank əleyhinə raketlər, pilotsuz uçuş aparatları və elektron müharibə ilə mübarizə üçün sistem və avadanlıqlar, 155 mm və 105 mm-lik artilleriya sursatları, bura nəqliyyat vasitələri və digər avadanlıqlar daxil olacaq.

Qeyd edək ki, bundan əvvəl Reyqanın keçmiş köməkçisi “Şimal axını”nın zədələnməsi ilə əlaqədar Ukrayna Silahlı Qüvvələrinə yardımı dayandırmağa çağırıb.

Fidan Nuriyeva