Mask on il ərzində beyin çipləri olan milyonlarla insanın olacağını düşünür. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu ildən etibarən sözü gedən çiplərin insan üzərində təcrübələrə başlandığı bildirilib. 

Çip beyin impulsları və Bluetooth vasitəsilə kompüterinizi və ya smartfonunuzu birbaşa idarə etməyə imkan verir.

Qeyd edək ki, Mask cihazın təxmini qiymətini və quraşdırılmasını 60 min dollar olaraq açıqlayıb.

Fidan Nuriyeva