Zaqatalada 4 yaşlı uşağı motosiklet vurub.

"Unikal" xəbər verir ki,hadisə axşam saatlarında rayonun Danaçı kəndi ərazisində baş verib. 

Belə ki, kənd sakini 2020-ci il təvəllüdlü Emilya Rəsul qızı İsayevanı motosiklet vurub. Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla araşdırma aparılır.

Seymur Əli