Bakının Nəsimi rayonu ərazisində bir nəfərin 15 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş V.Səmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.