Aparıcı Yelena Sidorenkonun bağ evini soyublar.
"Unikal" xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Videoaçıqlama yayan Yelena bildirib ki, işıq sayğacı sındırılıb və əşyaları oğurlanıb:
"Şəhərdə olmadığımız iki gün ərzində hiss etdik ki, bağımızda kameralar işləmir. Evimiz Ləhiş bağlarındadır. Yoldaşım bağa baş çəkdi. Görüb ki, oğrular işıq sayğacını qırıblar və nəticədə kameralar işləməyib. Evə giriblər soyuducunu, kombini və samovarı götürüblər. Stolumuzu hasarın yanına qoyub və ordan daşıyıblar. Polisə xəbər vermişik. Bu, məsələ məni çox narahat etdi. Orada anamla, uşağımla tək qalmışam. Çox narahatam, qorxulu hadisədir. Necə olur ki, oğrular blə sakit bağa girə bilirlər. Əminəm ki, polis əməkdaşlarının səyləri nəticəsində bunu edən tapılacaq və cəzalandırılacaq".