Şəmkirdə azyaşlını avtomobil vurub.

"Unikal"ın məlumatlna görə, hadisə Şəmkir  şəhərin mərkəzi küçəsində baş verib. Rayon sakini " VAZ 2106" ilə hərəkətdə olan zaman yolu ksçmək istəyən 10 yaşlı N.Qədimovanı vurub.

Sürücü piyadanı avtomobilli ilə xəstəxanaya apararkən "Lexsus" markalı minik maşını ilə toqquşub. Qəza zamanı piyada 10 yaşlı N.Qədimova və "Lexsus " sərişini 41 yaşlı S.Aslanova müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov