Yasamal rayonu, Moskva prospekti (tunelin çıxış hissəsində) hərəkətdə olan yük avtomobilində yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu səbəbdən hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.