Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 068 qram narkotik vasitə marixuananın və 1488 ədəd metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqust ayının 26-da saat 08:40-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram 520 qram narkotik vasitə marixuana və 1488 ədəd metadon M-40 həbinin, avqust ayının 30-da saat 01:40-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 12 kiloqram 548 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirilməsinin qarşısı alınıb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.