Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Cəlilabad rayonun mərkəzindən keçən hissəsində qeydə alınıb. 

Belə ki,  Nurlan Nəzərlinin idarə etdiyi "Toyota" markalı minik avtomobili Rövşən Abbasovun idarəetdiyi "Opel" markalı minik avtomobili ilə toqquşub.

Hər iki avtomobilin sürücüsü aldıqları müxtəlif bədən  xəsarətlərilə rayon xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov