Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Anatoli Krivonojkonu ölkənin Hərbi Hava Qüvvələrinin komandanı səlahiyyətlərini icra edən şəxs təyin edib.

"Unikal" Ukrayna mediasına istinadən xəbər verir ki, Sırski indiyədək "Mərkəz" hava komandanlığına rəhbərlik edib.

Avqustun 30-da Ukrayna prezidenti Volodimir Zelenski Nikolay Oleşkuku bu vəzifədən azad edib. İstefanın səbəbi açıqlanmır.