"Benfika"nın baş məşqçisi Rocer Şmidt istefaya göndərilib.
"Unikal" xəbər verir ki, bu barədə klubun prezidenti Rui Kosta məlumat yayıb. O, baş məşqçini dəyişmək qərarına gəldiklərini bildirib. Kosta Şmidtdə uğurlar arzulayıb.
Həmçinin o bildirib ki, komandanın yeni baş məşqçisi yaxında açıqlanacaq.
Qeyd edək ki, Şmidt 2022-ci ilin yayından "Benfika"ya rəhbərlik edirdi. Lissabon təmsilçisi onun baş məşqçiliyi altında 2022/23 mövsümündə Portuqaliya çempionu olub və 2023-cü ildə ölkə Superkubokunu qazanıb.