Balakəndə kərpic sexində yanğın olub.

"Unikal" xəbər verir ki, yanğın şəhərin 28 May küçəsi ərazisində yerləşən kərpic qurutma sexində baş verib. Yanğın yerinə Balakən rayon YMH-nin  yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı qurutma sexinin daxilində olan 6 ədəd taxta rəf və içərisinə yığılmış 2280 ədəd kərpic yanaraq yararsız vəziyyətə düşüb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Seymur Əli