Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir yeraltı parklanma məntəqəsini istifadəyə verib.
Bu barədə "Unikal"a AYNA-dan bildirilib.
Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsinin Həsən Əliyev və Fətəli xan Xoyski küçələri ilə kəsişməsində yerləşən parkın yeraltı dayanacığında avtomobillərin parklanması üçün müvafiq infrastruktur qurulub.
Ətrafında bir neçə tibb, təhsil, maliyyə və iaşə obyektlərinin olduğu yeraltı dayanacaq 376 avtomobil yerlikdir. Parklanma məntəqəsinin birinci mərtəbəsində 181, ikinci mərtəbəsində isə 195 yer mövcuddur.
İkimərtəbəli dayanacaq təhlükəsiz kameraları ilə təchiz edilib, giriş-çıxışlarda nömrətanıma sistemi tətbiq olunur.