"İsrail Müdafiə Qüvvələri (IDF) nüvə obyektlərini, neft sənayesini və İran rəhbərliyini vurmalıdır".
"Unikal" xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennet "The Wall Street Journal" a (WSJ) müsahibəsində deyib.
"Hizbullah və HƏMAS müvəqqəti olaraq iflic vəziyyətindədir, İran isə həssas vəziyyətdədir. İndi onlar çılpaqdırlar, özlərini müdafiə etməyə imkanları yoxdur. İsrail Yaxın Şərqin simasını dəyişmək üçün son 50 ildə ən böyük fürsətə malikdir... İndi onların başına vurmağın vaxtıdır", - deyə o, çağırıb.
Gülayə Mecid