İpotekanın sadələşməsinə ehtiyac var...
21:52 29-06-2013
CƏMİYYƏT
İpotekanın sadələşməsinə ehtiyac var...
Rövşən Ağayev: "391 manat maaşla ipotekanın ödənilməsi o qədər asan deyil"
Ölkədə çoxlu sayda gənc ailənin mənzilə böyük ehtiyacı olduğu heç kimə sirr olmasa da, xeyli sayda gənc müxtəlif sosial problemlər üzündən, ən başlıcası, mənzillə təmin olunmaq çətinliyindən ailə həyatı qura bilmir. Ölkədə dövlət vəsaiti hesabına ipoteka kreditləri verilir. Adi ipoteka illik 8 faiz, sosial ipoteka kreditləri isə 4 faizlə verilir. Azərbaycan MDB-də ən yüksək ipoteka faizi təklif edən 3 ölkədən biridir. Hər il orta hesabla ipoteka kreditindən faydalananların sayı 700-750 nəfər arasında dəyişir.
Müstəqil iqtisadşı ekspert Rövşən Ağayevin "Unikal"a bildirdiynə görə, "Ölkədə bu qədər mənzilsiz gənc ailələrin sayının artdığı bir zamanda hazırkı ipoteka şərtləri gənc ailələrin əlverişli şərtlərlə evlə təmin olunmasına imkan verirmi? Əlbəttə, yox. Adi və sosial ipoteka krediti üçün tələb edilən əməkhaqqı məbləği kifayət qədər yüksək olduğu halda 50 min manatlıq adi ipoteka krediti üçün ölkə üzrə orta aylıq əməkhaqqıdan 2 dəfə çox (700 manat və bundan daha artıq) əməkhaqqı tələb edilir. Bunu sosial baxımdan izah etmək çətindir. Çünki əməkhaqqı üçün tələb edilən minimumlar orta aylıq əməkhaqqı məbləğindən yüksək olmamalıdır. Hazırda dövlət qulluğunda çalışan və özəl şirkətlərdə ilkin fəaliyyətə başlayan şəxslərin orta aylıq əmək haqları 391 manatdır. 391 manatla da ipotekanın ödənilməsi o qədər asan deyil. Bu cür şərtlərlə ipoteka kreditinin alınması mümkünsüz görünür. Bütün şərtləri gözdən keçirəndən sonra anlayırsan ki, bu şərtlər də müəyyən təbəqə üçün düşünülüb. Son nəticədə isə imkansız, kasıb təbəqənin ev almaq arzusu elə bu şərtləri oxuduğu andaca kül olub göyə sovrulur. Yəni hazırkı ipoteka elitar təbəqə üçün nəzərdə tutulub".
İqtsadçı-ekspert Nəcəf Əliyevin "Unkal"a bildirdiyinə görə, "Problemin həlli naminə sosial ipotekanın şərtlərini yüngülləşdirməklə bağlı uzun illərdir təkliflər irəli sürülür, dövlət qurumlarında müəyyən təkliflər paketi hazırlansa da, yenə də bəzi məsələlər öz həllini tapmamış qalır. Çünki həmin təkliflərdə ipotekaya ayrılan vəsaitin artırılması, kreditin maksimum məbləğinin çoxaldılması, mövcud faizlərin (4 faiz) 2 faizə endirilməsi, əhatə etdiyi kateqoriyaların artırılması, tələb olunan
sənədlərin (18 sənəd) azaldılması kimi məsələlər yer alsa da amma bu kimi şərtlər elə təklif kimi qalır. Bu səbəbdən də ötən il təxminən 1940 ailə ipoteka krediti ala bilib. 2012-ci ildə banklar ehtiyacı olanlara cəmi 75,2 milyon manat həcmində ipoteka krediti verə biliblər. Verilən kreditin orta məbləği isə 38 min 715 manat təşkil edib. İldən-ilə bu məbləğ artırılaraq 40 milyon manata çatdırılıb. Amma hər il ipoteka kreditinə ayrılan vəsaitin artmasına baxmayaraq, çox az sayda insan bu kreditdən yararlana bilir".
Ekspertin dediyinə görə, "Bu il də büdcədən ayrılan məbləğ ən azı 1000 nəfərin mənzil problemini həll etməyə imkan verəcək. Son nəticədə isə bu, təkcə bu il qurulacaq ailələrin (80 minə yaxın) heç 2 faizinin də mənzil almasına imkan vermir. Hər il ipoteka kreditləri üçün büdcədən ayrılan vəsaitin artırılmasına baxmayaraq, kredit şərtlərinin ağırlığı bu yolla ev almaq istəyənləri çəkindirir. Azərbaycanda dövlət tərəfindən sosial və adi ipoteka kreditləri verilir. İpoteka Fondu tərəfindən gənc ailələr, müharibə əlilləri, hərbçilər və digər imtiyazlı şəxslərə verilən sosial, başqa sözlə, güzəştli ipoteka maksimum 30 min manat olmaqla, 4%-lə 30 illiyə verilir. Adi ipotekanın maksimum məbləği 50 min manatdır və 8%-lə 25 illiyə verilir. Amma mənzil bazarındakı mövcud qiymətlər, həmçinin əhalinin gəlirlərini nəzərə alsaq, bu şərtləri ağır hesab edilməlidir. Elə fevralın 4-də prezidentin sərəncamı ilə ipoteka məbləğinin yuxarı həddi 50 min manata qaldırıldı, kateqoriyalardan birinin (hərbçilər) əhatə dairəsi genişləndirilsə də, ipoteka şərtlərindəki dəyişikliklər bununla məhdudlaşdı. Faizlərin endirilməsi, sənədlərin azaldılması, yeni kateqoriyaların əlavə olunması kimi məsələlər çözülməmiş qaldı".
Natiq Oruclu
Digər Xəbərlər
2024-11-28 16:54:59
2024-11-28 16:46:00
2024-11-28 16:42:40
2024-11-28 16:34:09
2024-11-28 16:25:26
2024-11-28 16:07:58
2024-11-28 15:56:05
2024-11-28 15:24:17
2024-11-28 15:11:11
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48