Quba rayonunda meyvə bağında ölüm hadisəsi baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Quba rayonu ərazisində yerləşən bağlardan birində 1961-ci il təvəllüdlü Mömün Hilal oğlu Qasımov alma yığarkən nərdivandan yıxılıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca