Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, “VAZ-2107” markalı avtomobil traktorla toqquşub.

Qəza nəticəsində bir nəfər yaralanıb.

***

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən hadisə oktyabrın 15-də saat 18 radələrində baş verib.

“VAZ-2107” markalı avtomobillə traktorun toqquşması nəticəsində minik avtomobilinin sürücüsü M.Gülalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar aparılır.

Anar Kəlbiyev