6 saylı Ordubad-Culfa seçki dairəsindən Milli Məclisin deputatı Vüqar Rəhimzadənin Yeni Azərbaycan Partiyası (YAP) Ordubad rayon təşkilatının qərargahında seçiciləri ilə görüşü olub.
"Unikal" xəbər verir ki, Vüqar Rəhimzadə seçicilərin müraciətini dinləyərək, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Seçicilər geniş fikir mübadiləsi şəraitində keçirilən görüşdən məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, millət vəkili Vüqar Rəhimzadə, həmçinin Ordubad rayonunun Dəstə kənd, Culfa rayonunun Yaycı və Bənənyar kənd seçiciləri ilə də görüşüb, Dəstə kəndində şəhidlərin xatirəsinə salınmış parkı və bulaq-abidəni ziyarət edib.