Oktyabrın 17-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri Vətən müharibəsi şəhidləri Rzazadə Mirməhəmmədəli Tərlan oğlunun və Məmmədzadə Qüdrət Tofiq oğlunun məzarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər, xatirələrini ehtiramla anıblar, ruhlarına dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
"Unikal" xəbər verir ki, şəhid ailələrinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.